İdman

Qətərdə DÇ-nin finalından əvvəl hava şousu və karnaval keçirilib

Sharing is caring!

Dünya çempionatının finalı Qətərin Milli Gününə təsadüf edib.

Bazar günü ikiqat bayram münasibəti ilə turnirin həlledici matçının keçiriləcəyi Lusail stadionu yaxınlığında hava şousu və ölkənin hind icması tərəfindən karnaval keçirilib.

Aviaşounu Qətər Müdafiə Nazirliyinin yüngül təyyarələr eskadrilyası həyata keçirib. Qətər sakinləri və qonaqlarının izlədiyi tədbir zamanı yeni Lusail şəhər bulvarı üzərindəki səma dövlət bayrağının rəngləri ilə boyanıb.

Həmçinin, ölkənin hind icması da karnaval yürüşü təşkil edərək şənliyə xüsusi rəng qatıb.

Qeyd edək ki, çempionluq titulu uğrundə görüşdə Argentina və Fransa komandaları oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir