Cəmiyyət

Bakıda 18 yaşlı qız itkin düşüb – FOTO

Sharing is caring!


Xəzər rayonu Binə qəsəbəsi sakini 18 yaşlı Şəfa İsgəndərli aprelin 4-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bu barədə həmin şəxsin valideynləri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə məlumat veriblər.

İtkin düşən şəxs evdən çıxan zaman əynində qara rəngli kurtka, şalvar və köynək olub.

Şəkildə gördüyünüz Şəfa İsgəndərlinin yeri barədə məlumatı olan şəxslərdən DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə və 012-590-72-03, 012-456-03-02, 055-751-59-82, 055-215-21-20, 050-257-55-55 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir