İdman

Azərbaycan gimnastı Fransada bir qızıl, iki gümüş medal qazandı – FOTO

Sharing is caring!


Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın Tiye şəhərində keçirilən 34-cü Beynəlxalq Qran-pridə daha üç medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasının yaydığı məlumata görə, idmançı gürzlərlə qızıl, halqa və topla hərəkətlərin icrasında isə gümüş medala layiq görülüb.

Ağamirova daha əvvəl çoxnövçülük proqramında da gümüş medala sahib çıxıb.

Böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri – Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina isə 3 lent və 2 topla gümüş, 5 halqa ilə hərəkətlərin icrasında bürünc medala yiyələnib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir