İdman

“Neftçi” “Yuventus”la heç-heçə etdi, “Qarabağ” sonuncu pillədə

Sharing is caring!


Türkiyənin İzmir şəhərində 12 yaşadək futbolçular arasında keçirilən “İzmir Cup – 2023” turnirində üç tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən “Neftçi” günü uğurlu keçirib. “Ağ-qaralar” öncə yer aldığı qrupun favoritlərindən “Yuventus”la qolsuz heç-heçə edib. İkinci matçda Türkiyə “Giresunspor”una minimal hesabla (0:1) qalib gələn komanda son görüşdə “Şalke”yə son dəqiqələrdə buraxılan qolla məğlub olub.

Paytaxt klubu 4 xalla H qrupunda 9 komanda arasında 5-cidir.

“Qarabağ”ın 12 yaşlılarının çıxışı isə uğursuz alınıb. Ağdam klubu öncə “Bursaspor”la qolsuz heç-heçə etsə də, ardınca “Ayaks” və “Srvena Zvezda”ya eyni – 0:2 hesabı ilə uduzub.

“Qarabağ” hazırda 1 xalla E qrupunda sonuncu – 9-cudur.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir