Cəmiyyət

Paytaxt məktəbində şagirddə vərəm xəstəliyi aşkarlandı – VİDEO

Sharing is caring!


Bakının Binə qəsəbəsindəki məktəblərin birində vərəm xəstəliyi aşkar edilib.

Xezerxeber.az-ın məlumatına görə, 8 gün əvvəl 136 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdinin vərəm xəstəliyinə yoluxduğu məlum olub.

Bundan sonra təcili olaraq həmin sinifdə olan bütün şagirdlərə vərəm əleyhinə peyvənd vurulub.

Məktəbin direktoru Aysel Şərbətova deyib ki, vərəm xəstəliyi aşkarlanan şagird sonuncu dəfə dərsə martın 10-da gəlib. Onun sözlərinə görə, hazırda həmin şagirdin müalicəsi davam etdirilir.

Xəzər Rayon Gigiyena Epidemiologiya Mərkəzindən isə bildirilib ki, sinifdə dezinfeksiya işləri aparılıb. Həmçinin şagirdin sinif yoldaşlarına peyvənd vurulub, hazırda dərslər öz axarı ilə davam edir. Məktəbdə gündəlik olaraq dezinfeksiya işləri aparılır.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir