İdman

PSJ-ni sərt tənqid etdi: “Messini fitə basmaq futbola təhqirdir”

Sharing is caring!


Fransa millisinin keçmiş futbolçusu Emmanuel Peti PSJ azarkeşlərinin Lionel Messini fitə basmalarına münasibət bildirib.

52 yaşlı sabiq yarımmüdafiəçi argentinalını komandanı tərk etməyə çağırıb:

“Messini fitə basmaq futbola təhqirdir. İndi o klubdan get, Leo. Bu, futbol klubu deyil. PSJ-də heç bir oyunçu inkişaf etməyib, bu, Messinin günahı deyil”.

Xatırladaq ki, Liqa 1-də “Lion”la matçdan öncə komandanın heyəti açıqlanarkən Lionel Messinin adı çəkilincə azarkeşlər onu fitə basıblar.

Mənbə: indianexpress.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir