Kriminal

Ağcabədi sakinindən 7 kiloqram narkotik götürülüb – FOTO

Sharing is caring!

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində daha bir rayon sakinindən yeddi kiloqramdan artıq narkotik vasitə olan marixuana götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə rayon sakini Novruz Hüseynov saxlanılıb.

İlkin olaraq onun üzərindən marixuana aşkar edilib. Davam etdirilən araşdırmalarla rayon ərazisində gizlətdiyi narkotik də müəyyən olunub. Həmin əraziyə baxış keçirilən zaman yeddi kiloqram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir