İdman

Azarkeşin əlindən banneri alan AFFA nümayəndəsinə xəbərdarlıq edildi – FOTO

Sharing is caring!


Azərbaycan Premyer Liqasının XXVIII turunda keçirilmiş “Şamaxı” – “Qarabağ” (0:1) oyununda xoşagəlməz hal yaşanıb.

Oxu.Az xəbər verir ki, matçdan öncə meydan sahiblərinin azarkeşlərindən biri AFFA əleyhinə banner açıb. Oyunun AFFA nümayəndəsi Elman Musayev həmin bannerin fanatın əlindən alınmasını istəyib və buna nail olub. Musayevin bu hərəkəti sosial şəbəkələrdə narazılığa səbəb olub.

AFFA nümayəndəsinin addımı federasiyanı da narazı salıb. İntizam Komitəsinin iclasında məsələ müzakirə edilib və E.Musayevə irad bildirilib. Ona bir daha bu cür davranmaması ilə bağlı xəbərdarlıq edilib.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir