İdman

“Qarabağ”dan “Qalatasaray”a: “Azərbaycan – Türkiyə qardaşlığını bütün dünyaya bir daha göstərdik”

Sharing is caring!


“Qarabağ” Türkiyənin “Qalatasaray” klubunun Azərbaycana ünvanladığı təşəkkür mesajına cavab verib.

Ağdam klubunun “Twitter” hesabında klub prezidenti Tahir Gözəlin fikirləri yer alıb.

T.Gözəl Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın izlədiyi yoldaşlıq matçında tribunalarda 62 500 azarkeşin olduğunu vurğulayıb:

“Sizi, çox dəyərli İdarə Heyətinizin üzvlərini qonaq etmək bizim üçün şərəf idi. Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın da şərəfləndirdikləri qardaşlıq oyunumuzda Azərbaycan – Türkiyə qardaşlığı və həmrəyliyini stadionu dolduran 62 500 azarkeşlə bütün dünyaya bir daha göstərdik. Gəliri zəlzələdən zərər çəkənlərə göndərəcəyimiz oyunun kədərimizi bir az olsun yüngülləşdirəcəyinə ümid edirik. Dəvətimizi qəbul etdiyiniz üçün sizə bir daha təşəkkürümüzü bildiririk”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir