İdman

Obameyanq “Barselona” uğrunda fədakarlığa hazırdır

Sharing is caring!


Pyer-Emerik Obameyanq “Barselona”da oynamaq üçün pulundan keçməyə hazırdır.

Məlumata görə, hücumçu komandaya qayıtmağı o qədər istəyir ki, nə qədər az olsa belə, məvacib limitinə uyğun maaşı qəbul etməyə hazırdır.

O, komandada əvvəlki formasına qayıda biləcəyinə inanır və digər klublardan gələn təkliflərə baxmayaraq, Kataloniya komandasına üstünlük verir. Hücumçu “Çelsi” ilə müqavilənin ləğvinə də razıdır.

Eyni zamanda, bildirilir ki, “Barselona”nın prioritet hədəfi braziliyalı hücumçu Vitor Rokedir (“Atletiko Paranaense”).

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir