İdman

Emin Mahmudov: “Avstriya önündə öz oyunumuzu göstərməyə çalışmalıyıq”

Sharing is caring!


“Avstriya önündə öz oyunumuzu göstərməyə çalışmalıyıq”.

“Report”un məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Avstriya yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi mətbuat konfransında deyib.

Kapitan komandanın matça hazır olduğunu söyləyib:

“Rəqibin hansı mövqelərdə daha üstün olduğunu təhlil etmişik. Biz də son matçlarda qələbə qazanmışıq. Komandada əhvali-ruhiyyə yaxşıdır. Avstriya yaxşı pressinqə malik rəqibdir, sıx oynayır. Biz onlara öz oyunlarını göstərmək imkanı verməməyə çalışacağıq”.

Qeyd edək ki, martın 24-də Linzdəki “Raiffeisen Arena”da keçiriləcək Avstriya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir