Cəmiyyət

Türkiyənin mükəmməl “izləyicisi”: “Azərbaycan müraciət etsə, sata bilərik” – AÇIQLAMA

Sharing is caring!

Bakıda keçirilən “ADEX-2022” Beynəlxalq Müdafiə Sərgisində Türkiyənin “Havelsan” şirkəti özünün ən yüksək səviyyəli kamera-müşahidə sistemi olan “Eyeminer”i nümayiş etdirib. 

Şirkətin mühəndisi Murad Bal Oxu.Az-a açıqlamasında deyib ki, “Eyeminer”in alqoritmi mükəmməldir. 

“Bu elə bir sistemdir ki, 100 min müşahidə kamerasının görüntüsünü vahid mərkəzə bağlayır”, – deyə o əlavə edib. 

Murad Bal qeyd edib ki, “Eyeminer” insanları, avtomobilləri, əşyaları onların rəng və xüsusiyyətlərinə görə ayırd edə bilir.

“Məsələn, məlumat gəlir ki, şübhəli bir şəxs qara avtomobildə gedir. Biz həmin an qara avtomobilləri sistemdə axtarışa veririk və sistem bizə ancaq qara maşınları göstərir. Bu, operativliyi, çevikliyi təmin edir”, – deyə o bildirib. 

Murat Bal Azərbaycanın bu sistemi almaq üçün müraciət etmədiyini söyləyib.

“Təbii ki, belə bir müraciət olsa, biz bu məhsulu Azərbaycana sata bilərik”. 

Qeyd edək ki, silah sərgisi bu gün yekunlaşır. 

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir