Dünya

Paris aeroportunda polis bıçaqlı şəxsə atəş açdı – FOTO

Sharing is caring!

Fransa polisi Parisin Şarl de Qoll hava limanında bıçaqla silahlanmış şəxsi saxlayıb.

Bu barədə respublikanın polis idarəsindən məlumat verilib.

Bildirilir ki, hadisə avqustun 10-da səhər saatlarında 2F terminalının ictimai ərazisində baş verib.

Məlumata görə, bıçaqlı şəxsdən dəfələrlə silahını atmaq tələb edilsə də, o, polisin tələblərinə məhəl qoymayıb və onlara tərəf addımlayıb. Kişinin dayanmadığını görən hüquq mühafizəçisi atəş açıb və onu qarnından yaralayıb.

Saxlanılan şəxsin vəziyyəti barədə məlumat verilməyib.

Mənbə: RT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir