Dünya

ABŞ dövlət katibi və Pentaqon rəhbərindən sonra Ağ Ev başçısı də İsrailə yollanır

Sharing is caring!


ABŞ Prezidenti Co Bayden oktyabrın 18-də İsrailə səfər edəcək.

Bu barədə ABŞ dövlət katibi Antoni Blinken bəyan edib.

“Çərşənbə günü Prezident Bayden İsrailə səfər edəcək. O, buraya İsrail, region və dünya üçün kritik bir zamanda gəlir. Prezident ABŞ-nin İsraillə həmrəyliyini və onun təhlükəsizliyinə sarsılmaz sadiqliyimizi təsdiq edəcək”, – deyə hazırda Təl-Əvivdə olan Blinken vurğulayıb.

Dövlət katibinin sözlərinə görə, Bayden İsrailin öz xalqını HƏMAS və digər terrorçulardan qorumaq, gələcək hücumların qarşısını almaq hüququnun olduğunu vurğulayacaq.

“Prezident İsrail tərəfdən onların xalqı qorumaq üçün nələrə ehtiyac olduğunu dinləyəcək. Eyni zamanda, biz bu ehtiyacları ödəmək üçün Konqreslə işləməyə davam edirik”, – deyə Blinken əlavə edib.

Xatırladaq ki, Blinken oktyabrın 12-də İsrailə səfər edib. Oktyabrın 13-də isə ABŞ-nin müdafiə naziri Lloyd Ostin İsrailə yollanıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir