Siyasət

Cavanşir Paşazadə: “İstərdim ki, ölkəmizdə milyonerlər olsun” – VİDEO

Sharing is caring!

Milli Məclisin deputatı Cavanşir Paşazadə Baku TV-nin qonağı olub.

Millət vəkili bir neçə gün əvvəl Azərbaycanda özünü milyarder elan edən şəxsin olmaması ilə bağlı verdiyi açıqlamasının təfərrüatlarından danışıb.

O qeyd edib ki, “AZAL” kimi böyük şirkətlər özlərini milyoner, ya da milyarder elan edə bilər. Lakin yəqin ki, hələ milyardları olmadığı üçün çəkinirlər.

C.Paşazadə vəzifəli şəxslərin mal-dövlətinin mənbəyinin göstərilməsi məsələsinə də aydınlıq gətirib.

“Hər seçkidən qabaq millət vəkilləri mal varlığı ilə bağlı hesabat verir. Həmin hesabatda nəyim varsa, göstərilib”, – deyə deputat qeyd edib.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir