Cəmiyyət

Bakıda havanın temperaturu normadan 3,3 dərəcə yuxarı olub – FAKTİKİ HAVA

Sharing is caring!


Ölkədə faktiki hava şəraiti açıqlanıb.

Avqustun 23-ü saat 10:00-a olan məlumata əsasən, əksər rayonlarda hava yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yağıntının miqdarı Vəlvələçay Təngəaltıda (Quba) 17 mm, Daşkəsən, Gədəbəy, Tərtərdə 1 mm-dək olub.

Havanın temperaturu avqustun 22-də Bakıda iqlim normasından 3,3 dərəcə yuxarı olub. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 36 dərəcəyədək, Naxçıvan MR-də 35-39 dərəcə, Aran rayonlarında 38 dərəcəyədək, dağlıq rayonlarda 26-30 dərəcəyədək isti olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir