İdman

“Qarabağ” – “Qalatasaray” oyunundan əvvəl şou-proqram olmayacaq: Səbəb AÇIQLANDI

Sharing is caring!


“Qarabağ” və “Qalatasaray” arasında martın 26-da keçiriləcək yoldaşlıq görüşündən öncə Bakı Olimpiya Stadionunda (BOS) heç bir şou proqram təşkil olunmayacaq.

Bu barədə Sportinfo.az-a BOS-un İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Fərid Əsədzadə məlumat verib.

Onun sözlərinə görə, belə bir tədbirin təşkili əlavə maliyyə vəsaiti tələb edir:

“Bildiyiniz kimi, oyun xeyriyyə məqsədi daşıyır və bilet satışından əldə olunan gəlir Türkiyədə zəlzələdən əziyyət çəkmiş insanlara ianə ediləcək.

Şou proqramın təşkili böyük məbləğ istəyir. Səhnənin quraşdırılması, müğənnilərə ödəniləcək qonorar və digər məsələlər var.

Ona xərc çəkməkdənsə, həmin pulu zəlzələdə ailəsini, ev-eşiyini itirmiş şəxslərə göndərmək daha düzgündür.

Oyunun özü onu izləməyə gələcək onminlərlə azarkeş üçün ən böyük əyləncədir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir