İdman

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun növbəti qalibləri bəlli oldu

Sharing is caring!

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda kişilərin dəstəkli at və qadınların sərbəst hərəkətlər yarışında qaliblər bəlli olub.

“Report”un məlumatına görə, turnirin son günü keçirilən qadınların sərbəst hərəkətlər yarışlarında Fransa təmsilçisi Marin Boyer 12.833 xalla birinci olub.

İtaliyalı Arianna Belardelli 12.800 xalla ikinci olubsa, türkiyəli Sevgi Kayısoğlu isə 12.566 xalla bürünc medal qazanıb.

İlk dəfə böyüklərin yarışında qüvvəsini sınayan Azərbaycan təmsilçisi Nazənin Teymurova 9.966 xalla 8-ci yeri tutub.

Kişilərin dəstəkli at yarışının qalibi Qazaxıstan təmsilçisi Nəriman Kurbanov olub. O, 15.300 xalla bütün rəqiblərini qabaqlayıb. İrlandiyalı Ris MakKlenaqan 14.933 xalla ikinci, Albaniya təmsilçisi Matvey Petrov isə 14.766 xalla üçüncü olub.

Turnirin son günü keçirilən yarışlarda ilk olaraq kişilərin dayaqlı tullanma və qadınların gimnastika tiri mübarizəsində medalçıların adlarına da aydınlıq gəlib.

Kişilərin dayaqlı tullanma yarışının qalibi Flippin təmsilçisi Karlos Edriel Yulo olub. O, 14.933 xal toplayaraq qızıl medal qazanıb.

İkinci yeri Böyük Britaniya gimnastı Herri Hepvört tutub. Ona gümüş medal qazanmaq üçün 14.816 xal kifayət edib.

Bu növdə sonuncu medalçı isə Honqkonq idmançısı Vay Hun Şek olub. O, 14.716 xalla bürünc medalı qazanıb.

Qadınların gimnastika tiri mübarizəsi də gərgin və maraqlı keçib. 

Dünən keçirilən ilk final günündə 5 növdə qalib və medalçılar müəyyənləşib.

Qeyd edək ki, martın 9-da start götürmüş Dünya Kubokunda mübarizəyə bu gün yekun vurulacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir