İdman

I Diviziona yüksələcək Region Liqası komandaları bəllidir: Üçü bölgə klubudur

Sharing is caring!

Növbəti mövsümdən Azərbaycanda I Divizion və əvəzedicilərin çempionatı ayrı təşkil olunacaq.

Bu isə aşağı liqada cəmi altı komandanın qalması anlamına gəlir. Bu halda normal çempionat təşkil edilməsi üçün say Region Liqası klubları ilə düzəldiləcək.

AFFA növbəti mövsüm I Divizionda 10 komandanın yarışmasını planlaşdırır. Əlavə dörd iştirakçının olması üçün İcraiyyə Komitəsi daha əvvəl aşağı liqada mübarizə aparmaq istəyən klubların qarşısına qoyulan üç il Region Liqasında çıxış etmək tələbini bir ilə endirib.

Artıq I Diviziona yüksələcək komandaların hansılar olacağı da böyük ölçüdə bəllidir. Oxu.Az saytına etibarlı mənbələrdən daxil olan məlumata görə, onlardan üçü bölgələri, biri isə paytaxtı təmsil edir. Hazırda “Füzuli”, “Qusar” və Yevlax təmsilçisi “Karvan” I Diviziona əsas iddiaçı region klublarıdır. Dördüncü isə oyunlarını Bakıda keçirən “Difai”dir. Ancaq bu klubun da gələcəkdə işğaldan azad edilən bölgələrdən birini təmsil edəcəyi ilə bağlı məlumatlar var.

Düzdür, hələ qarşıda müddət kifayət qədərdir. Üstəlik, AFFA I Divizionda yarışmaq istəyən Region Liqası təmsilçilərinin qarşısına müəyyən tələblər qoyacaq. Digər bölgə təmsilçiləri arasında da iddiaçılar var. Məsələn, Şəmkirin “Qala” klubu ciddi cəhdlə I Diviziona can atır. Ancaq mövcud durumda adıçəkilən komandaların aşağı liqada iştirak etməsi daha realdır.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir