İdman

Almanlar Londonda tıxaca düşdülər: Çempionlar Liqası oyunu gec başladı

Sharing is caring!

Çempionlar Liqasının 1/8 final mərhələsinin “Çelsi” – “Borussiya” (Dortmund) oyunu planlaşdırılan vaxtdan gec başlayıb.

Oxu.Az xəbər verir ki, qarşılaşmanın start fiti Bakı vaxtı ilə 00:00-da səslənməli olsa da, 10 dəqiqə yubanma baş verib.

Buna Almaniya təmsilçisini daşıyan avtobusun matçın oynanılacağı Londonun “Stemford Bric” stadionuna gələrkən yolda tıxaca düşməsi səbəb olub.

Komandalar arasında ilk oyunda “Borussiya” 1:0 hesablı qələbə qazanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir