Dünya

Baxçalıdan Akşenere sərt sözlər: “Bir dəfə satan yenə satacaq”

Sharing is caring!

Türkiyənin Milliyyətçi Xalq Hərəkatı (MHP) partiyasının sədri Dövlət Baxçalı partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında “İYİ Partiya”nın sədri Meral Akşenerin ünvanına sərt fikirlər səsləndirib.

MHP lideri bildirib ki, Meral Akşener “Altılı masa”ya geri dönməsini prinsipsizlik və gücsüzlükdür.

“Masanı dağıdana yenidən stul vermək çürümüş bir siyasətin prinsipsizliyi deyil? Bir dəfə satan yenə satacaq. Bundan sonra “Zillət İttifaqı”nın ciddiyə alınacaq, məsələ ediləcək heç bir siyasi təklifi ola bilməz. “Zillət İttifaqı” artıq bizim gözümüzdə etibarsızdır”, – deyə o söyləyib.

Qeyd edək ki, “İYİ Partiya”nın sədri Meral Akşener Kılıçdaroğlunun vahid namizədliyinə qarşı çıxış edərək “Altılı masa”nı tərk etmişdi. Lakin ötən gün M.Akşener “Altılı masa”ya geri qayıdıb və “Millət İttifaqı”nın toplantısından sonra Kamal Kılıçdaroğlu vahid namizəd elan olunub.

Mənbə: Hurriyet

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir