Dünya

Ərdoğan: “Bəzi yeni binaların hündürlüyü üç və dörd mərtəbədən çox olmayacaq” – VİDEO

Sharing is caring!

“Türkiyədə zəlzələ 14 milyon insanın həyatına təsir edib. 214 min dağılmış, təcili sökülməli olan və ciddi zədələnmiş binanın olması müəyyən edilib”.

Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan “Türkiyə Milli Risk Qalxanı” layihəsinin təqdimatında açıqlama verib.

O, şəhərlərin istiqamətinin düzənlikdən dağlara, daha möhkəm zəminlərə dəyişiləcəyini bildirib. Prezident həmçinin bildirib ki, TOKİ-nin (Kütləvi Mənzil Nazirliyi) sosial ev layihəsi çərçivəsində inşa ediləcək yeni binaların hündürlüyü üç və dörd mərtəbədən çox olmayacaq.

“Az sıxlıq, aşağı mərtəbə və təhlükəsizlik bizim prioritetimiz olacaq. Yeni yaşayış məntəqələri müəyyən edilərkən alimlərimizin, şəhər planlaşdıranların və yerli əhalinin rəyləri əsasında hərəkət edirik”, – deyə o əlavə edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir