Kriminal

Bakıda gənc oğlan qətlə yetirilib

Sharing is caring!


Bakının Səbail rayonunda qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bayıl qəsəbəsində qeydə alınıb.

1995-ci il təvəllüdlü Etibar Bəxtiyar oğlu Fətəliyev bıçaqlanmış vəziyyətdə üç saylı Təcili Tibbi Yardım Stansiyasına gəlib. O, təcili yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

E.Fətəliyev bir neçə bıçaq zərbəsindən çoxlu qan itirib.

Faktı Səbail Rayon Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları araşdırırlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir