İdman

Qılıncoynatma üzrə Azərbaycan millisi Dünya Kubokunda 8-ci oldu

Sharing is caring!

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Yunanıstanın paytaxtı Afinada keçirilən Dünya Kubokunun mərhələ yarışında iştirakını başa vurub.

Azərbaycan Qılıncoynatma Federasiyasından verilən məlumata görə, Anna Başta, Sevil Bünyatova, Palina Kaspiaroviç və Valeriya Bolşakovadan ibarət kollektiv komanda yarışında ilk görüşündə Argentina yığmasına 45:26 hesabı ilə qalib gəlib. Yığma ardınca ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Polşa millisini 45:39 hesabı ilə məğlub edib. Sablyaçılarımız yarımfinala yüksəlmək uğrunda keçirilən qarşılaşmada Fransa seçmə kollektivinə 24:45 hesabı ilə uduzublar. Komanda 5-8-ci yerlər uğrunda keçirilən görüşlərdə İspaniya (40:45) və Yunanıstan millilərinə (29:45) məğlub olaraq turniri 8-ci sırada başa vurub. Hazırda qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız dünya reytinqində 7-ci sırada qərarlaşıb.

Qadın sablyaçıların şəxsi yarışında turnirə əsas mərhələdən qatılan Anna Başta ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə İtaliya təmsilçisi Miçela Battistona 14:15 hesabı ilə uduzub. Sevil Bünyatova, Palina Kaspiaroviç və Valeriya Bolşakova isə əsas mərhələnin ilk görüşündə mübarizəni dayandırıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir