İdman

UEFA-nın Azərbaycan klublarına ödədiyi milyonlar

Sharing is caring!

UEFA-nın 2022-ci ildə Azərbaycan Premyer Liqasında çıxış edən klublara ayırdığı maliyyə vəsaiti bəlli olub.

Oxu.Az xəbər verir ki, bu barədə AFFA-nın növbəti konfransında bildirilib. Qeyd olunub ki, Avropa futbol qurumu səkkiz kluba ümumilikdə 28 milyon 924 min 10 manat ödəyib.

“Qarabağ”a 24 497 200 manat, “Neftçi”yə 1 635 397 manat, “Zirə”yə 961 395 manat, “Qəbələ”yə 847 787 manat, “Sumqayıt”a 847 787 manat, “Sabah”a 320 749 manat, “Şamaxı”ya 165 465 manat, “Səbail”ə isə 146 931 manat ödəniş edilib.

Ümumi məbləğ 2021-ci ildə Azərbaycan klublarına ödənilən məbləğdən 12 milyon 627 min 912 manat çoxdur.

Qeyd edək ki, klubların avrokuboklarda çıxışı və digər layihələrlə əlaqədar UEFA-dan ayrılan maliyyə vəsaitləri AFFA-nın hesabına və müvafiq olaraq assosiasiya tərəfindən klubların hesabına köçürülüb.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir