Cəmiyyət

Bakıda ağır qəzada biri körpə olmaqla üç nəfər ölüb – FOTO

Sharing is caring!


Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyatı hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Hövsan qəsəbəsi ərazisində baş verib.

Belə ki, Hövsan şossesində Qum adası istiqamətində hərəkətdə olan “Nissan” markalı avtomobilin sürücüsü qəfil yola çıxan üç nəfəri vurub. Ana, uşaq və nənə zərbənin təsirindən hadisə yerində ölüb.

Hazırda Hövsan şossesində hərəkət məhdudlaşdırılıb.

Hadisə şahidləri yolun işıqlandırılması səbəbindən belə hadisənin baş verdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir