İdman

“Bavariya” səfər qələbəsi ilə zirvəyə qayıtdı – VİDEO

Sharing is caring!

Almaniya Bundesliqasının XXIII turunda “Bavariya” “Ştutqart”ın qonağı olub.

Oxu.Az xəbər verir ki, Münhen klubu səfər oyununda 2:1 hesablı qələbə qazanıb. Son çempionun qollarını Mateys De Lixt və Erik Maksim Çupo-Motinq vurublar. Ev sahiblərinin təsəlli qoluna Juan Perer imza atıb.

Bu qələbə ilə xallarını 59-a çatdıran “Bavariya” nəinki Dortmund “Borussiya”sına çatıb, həm də əlavə göstəricilərdə əsas rəqibini geridə qoyaraq yenidən zirvəyə yüksəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir