Cəmiyyət

Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır

Sharing is caring!

Xəbər verildiyi kimi, paytaxtımızda iyunun 16-18-də IX Qlobal Bakı Forumu keçirilib. Forumda “Qlobal dünya nizamına təhdidlər” mövzusunda geniş müzakirələr aparılıb. Bakı forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Forumun siyasi cəhətdən çox böyük aktuallıq kəsb edir. Bununla yanaşı, tədbirə dünyada tanınmış keçmiş dövlət və hökumət başçıları, ictimai xadim və siyasət adamları da qatılıblar. Bu, Qlobal Bakı Forumunun gərəkli beynəlxalq tədbir olduğunu göstərir. Belə bir forumun Azərbaycanda keçirilməsi isə ölkəmizin beynəlxalq nüfuzunu artırır.
İlk növbədə qeyd etmək vacibdir ki, indi təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib. Avropadakı cari vəziyyət barədə açıq müzakirələrin aparılması tələb olunur. Bu mənada Qlobal Bakı Forumu bunun üçün mükəmməl platforma olaraq çıxış etmişdir.
Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı bildirib ki, Zəngəzur dəhlizi açılmasa, sülhdən danışmaq çox çətin olacaq, Azərbaycanın Ermənistanla normal qonşuluğa yönəlmiş səyləri boşa çıxacaq.
“30 illik işğal Ermənistan əhalisini daha xoşbəxt etmədi, əksinə onlar beynəlxalq ictimaiyyət tərəfindən işğalçılar və təcavüzkarlar kimi tanındılar. Müharibə başa çatdıqdan sonra indi hamı onların işğal dövründən nə kimi dağıntılar qoyduqlarını görə bilir. Ona görə də Zəngəzur dəhlizinin açılması ilə bağlı ən tez qərar regionda gələcək sülhün fundamental elementlərindən biridir. Əgər bizə bu gediş-gəliş verilməsə, sülhdən danışmaq çox çətin olacaq və Azərbaycanın Ermənistanla normal birgəyaşayış, normal qonşuluğa yönəlmiş bütün səyləri boşa çıxacaq. Bu bir daha vacib məsələdir və Azərbaycanın bunu tələb etmək hüququ var. Ermənistan hökuməti müvafiq bəyanatı imzalayıb. İkincisi, Azərbaycan müharibədə qalib gəlib və işğaldan əziyyət çəkən ölkə kimi bizim tələb etməyə mənəvi haqqımız var”, – Prezident İlham Əliyev vurğulayıb.
Dövlət başçısı Zəngəzur dəhlizinin açılmasının önəmini də qeyd edib, bununla bağlı dövlətimizin prinsipial mövqeyini ortaya qoyub. Prezident bildirib ki, əgər Zəngəzur dəhlizi açılmasa, o zaman sülhdən danışmaq çətin olacaq. Tarixi nöqteyi-nəzərdən Azərbaycanın bunu etməyə hüququ var. Ötən əsrin tarixində aydın göstərilir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşməsindən sonra sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirdi.
Bu səbəbdən, dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib çıxaracaq. Ermənistan hökuməti bunu anlamalı və tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir, çünki tarix artıq yazılıb. Prezidentimizin çağırışlarını bəyənirik və inanırıq ki, Qlobal Bakı Forumunda aparılan müzakirələr və fikir mübadilələri dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcək.
Prezidentin xəbərdarlığını müxtəlif cür şərh etmək olar. Əsas məsələ Azərbaycanın ərazi bötüvlüyüdür. Xəbərdalığın edilməsinin səbəbi Ermənistanda “status” məsələsinin yenidən gündəmə gətirilməsidir. İrəvan iddia edir ki, Ermənistanın Azərbaycana heç bir ərazi iddiası yoxdur və Qarabağ məsələsi ərazi məsələsi deyil, hüquq və təhlükəsizlik məsələsidir.

Azər İbişov, Cəlilabad rayon sakini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir