Dünya

İran MAQATE-yə müraciət edib: Əməkdaşlıq etməyə hazırıq

Sharing is caring!

İran Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) müraciət edərək həllini gözləyən problemlərlə bağlı agentliklə əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib.

Bu barədə MAQATE-nin yaydığı hesabatda qeyd olunub.  

Rəsmi Tehran həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyi ilə texniki müzakirələri davam etməyə hazır olduğunu da açıqlayıb.

Öz növbəsində  MAQATE-nin baş direktoru Rafael Qrossi Tehran tərəfinin son açıqlamasını alqışladıqlarını bildirib.

Qeyd olunur ki, artıq yaxın vaxtlarda MAQATE ilə İran rəsmiləri arasında Tehranda iclas keçiriləcək.

Mənbə: Reuters

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir