İdman

“Neftçi”dən ayrılan futbolçu özünə klub tapdı

Sharing is caring!

Bir müddət əvvəl “Neftçi”dən ayrılan Mamadu Mbodjun yeni klubu müəyyənləşib.

Oxu.Az xəbər verir ki, seneqallı müdafiəçi karyerasını Qazaxıstanda davam etdirəcək.

29 yaşlı oyunçu “Ordabası” ilə müqavilə imzalayıb. Tərəflər arasında sözləşmənin müddəti ilin sonuna qədərdir.

Mbodj artıq yeni klubunda debüt də edib. O, “Astana”ya qarşı Qazaxıstan Super Kuboku matçında (1:2) çıxış edib. Mərkəz müdafiəçisi 90 dəqiqə meydanda olub.

Mbodj 2019-cu ilin yanvarından keçən ilin dekabrınadək “Neftçi”nin formasını geyinib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir