Dünya

Putin: “Rusiya və Türkiyə bütün sahələrdə əlaqələri inkişaf etdirəcək”

Sharing is caring!


Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100 illiyi münasibətilə təbrik edib.

O, Moskva ilə Ankara arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

“Əminəm ki, biz dost xalqlarımızın mənafeyi naminə, daha ədalətli və demokratik dünya düzəninin qurulması maraqları naminə ikitərəfli əlaqələrin bütün spektrini ardıcıl şəkildə davam etdirəcəyik”, – deyə Kremlin saytında dərc olunan məktubda deyilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir