İdman

Autsayderə məğlubiyyət Xavini əsəbiləşdirib: “Çox qəzəbliyəm”

Sharing is caring!

İspaniya La Liqasının XXIII turunda səfərdə “Almeriya”ya məğlubiyyət “Barselona”nın baş məşqçisi Xavini qəzəbləndirib.

Oxu.Az xəbər verir ki, ispaniyalı mütəxəssis 0:1 uduzduqları matçdan sonra mətbuat konfransında çox əsəbi olduğunu deyib:

“Mövsümdə ən pis oyunumuz idi. Sanki meydanda deyildik. Bəhanə gətirməməliyik. Bu gün qələbəyə layiq deyildik. Məsuliyyəti üzərimizə götürməliyik. Mən çox qəzəbliyəm. İlk hissədə həvəssiz oynadıq. Fasilədən sonrakı cəhdlərimiz isə kifayət etmədi. Bu gedişatı dəyişməsək, çempionluğu əldən verə bilərik”.

Daha əvvəl autsayderlər sırasında – 19-cu pillədə olan “Almeriya” bu qələbədən sonra 15-ci yerə yüksəlib. “Barselona” isə 59 xalla liderdir və ən yaxın izləyicisi “Real”ı 7 xal qabaqlayır.

Mənbə: goal.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir