Dünya

Suriyada daha bir güclü zəlzələ baş verdi

Sharing is caring!

Suriyanın Hələb əyalətində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə ölkənin seysmoloji mərkəzi xəbər yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 12:04-də (Bakı vaxtı ilə 13:04) Hələb şəhərindən (əyalət mərkəzi) təxminən 239 km şimal-şərqdə baş verib.

Zərərçəkənlər və dağıntılar barədə hələ xəbər yoxdur.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər Suriyada da böyük dağıntılara səbəb oldu, minlərlə ölən və yaralanan var. Son 20 gün ərzində isə ölkədə daha bir neçə güclü zəlzələ baş verib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir