İdman

Avropada ən çox baş məşqçi dəyişikliyi baş verən liqalar açıqlanıb

Sharing is caring!

Avropada ən çox baş məşqçi dəyişikliyi baş verən liqalar açıqlanıb.

Oxu.Az xəbər verir ki, ilk sırada Belçika çempionatıdır. Bu liqada klubların 78 faizi mövsüm ərzində çalışdırıcısını yenisi ilə əvəzləyib. İkinci yerdə Almaniya Bundesliqasıdır. “Böyük beşlik” ölkəsində klubların 61 faizi baş məşqçisini dəyişib. İlk “üçlüy”ü Fransa Liqa 1 qapayır. Orada bu rəqəm 60 faizdir.

“10-luq”da Portuqaliya (56 faiz), Niderland (50 faiz), İngiltərə (45 faiz), İtaliya (40 faiz), İspaniya (35 faiz), Avstriya və Şotlandiya (hər ikisi 33 faiz) çempionatları da yer alıb.

Siyahıya Azərbaycan Premyer Liqası düşməyib. Ancaq maraq üçün qeyd edək ki, bu mövsüm çempionatımızda iki baş məşqçi dəyişikliyi reallaşıb. “Kəpəz” 4-cü turdan sonra Yaşar Vahabzadəni istefaya göndərib, onun yerinə Tərlan Əhmədovu gətirib, “Səbail” qış fasiləsində Mahmud Qurbanovu Şahin Diniyevlə əvəzləyib. Premyer Liqada 10 komandanın yarışdığını nəzərə alsaq, klubların 20 faizi baş məşqçi dəyişikliyinə gedib.

Mənbə: “The Sweeper”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir