Dünya

Rusiyada anbardakı güclü yanğın bir gün sonra söndürüldü – VİDEO

Sharing is caring!

Rusiyanın Krasnoyarsk şəhərində məişət texnikası zavodunun anbarında baş verən yanğın artıq söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsi xəbər verib.

Daxil olan məlumata görə, buna bir gündən çox vaxt lazım olub.

“Ölən və yaralanan yoxdur”, – deyə baş ofisdən bildirilib.

Xatırladaq ki, fevralın 22-də “Biryusa” soyuducu zavodunun məhsulları olan anbarda yanğın baş verib. Yanan binadan 10 nəfər təxliyə edilib. Yanğının söndürülməsinə ümumilikdə 123 nəfər və 43 texnika cəlb olunub.

Yanğın sahəsi 13,2 min kvadratmetr təşkil edib.

Mənbə: Arqumentı i Faktı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir