İdman

Azərbaycan gimnastları İspaniyada dünya çempionatında güclərini sınayırlar

Sharing is caring!


İspaniyanın Valensiya şəhərində bədii gimnastika üzrə 40-cı dünya çempionatına bu gün start verilib.

Mundialda Azərbaycan millisi də mübarizə aparacaq.

Fərdi gimnastlar Zöhrə Ağamirova, İlona Zeynalova, Kamila Qafarova, eləcə də, qrup hərəkətləri üzrə yığmanın üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova və Yelizaveta Luzan güclərini sınayacaqlar.

Qeyd edək ki, dünya çempionatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir