İdman

Alveş zaminə buraxılmayacaq və məhkəməyədək həbsdə qalacaq

Sharing is caring!

Dani Alveş zaminə buraxılmayacaq.

Barselona məhkəməsi braziliyalının zorlama işi üzrə məhkəmə prosesi başlayana qədər həbsxanada qalacağına qərar verib.

Futbolçunun vəkilləri həbs müddətinin digər tədbirlərlə, məsələn, məhkəmə prosesi zamanı Alveşin pasportunun hüquq-mühafizə orqanlarına təhvil verilməsi və yerini bildirən qolbaq taxılması kimi tədbirlərlə əvəz edilməsini təklif ediblər. Onlar həmçinin Alveşin hər gün məhkəmə tərəfindən yoxlanılması ilə də razılaşıblar.

Xatırladaq ki, “Barselona”nın və Braziliya millisinin sabiq müdafiəçisi gecə klubunda qadını zorlamaqda ittiham olunaraq həbsdədir. Onu 12 ilə qədər həbs gözləyir. Bu iş üzrə məhkəmənin vaxtı məlum deyil.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir