İdman

Cerard PSJ-yə rəhbərlik edə bilər

Sharing is caring!

Stiven Cerrard PSJ-yə rəhbərlik edə bilər.

Məlumata görə, Fransa klubunun rəhbərliyi Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Bavariya”ya uduzduqdan (0:1) sonra Kristof Qalatyedən məyus olub və mövsümün sonunda baş məşqçini dəyişməyi düşünür.

PSJ-nin baş məşqçisi postuna namizədlər arasında rəhbərliyin komandanı gücləndirməyə qadir vacib fiqur hesab etdiyi Cerard da nəzərdən keçirilir. Mümkün variantlar arasında Tomas Tuxelin geri dönməsi də var.

Qeyd edək ki, Cerardın məşqçilik karyerasında sonuncu klubu mütəxəssisin ötən ilin oktyabrında qovulduğu “Aston Villa” olub.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir