İdman

Konfrans Liqası: “Qarabağ” Belçika klubuna qarşı

Sharing is caring!

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə start veriləcək.

Oxu.Az xəbər verir ki, turnirdəki yeganə təmsilçimiz “Qarabağ” da bu mərhələdə ilk matçına çıxacaq.

Qurban Qurbanovun yetirmələri Belçika “Gent”ini qəbul edəcək. Bakı vaxtı ilə 21:45-də başlayacaq görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 

“Köhlən atlar” bu vacib matça ciddi itkilərlə çıxacaq. Əsas qapıçı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Abbas Hüseynov zədə səbəbindən bu oyunu buraxacaq. Mərkəz müdafiəçisi Kevin Medina isə cəzalı durumda olduğundan komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, komandalar arasında cavab matçı fevralın 23-də Belçikada keçiriləcək.

16 fevral

UEFA Konfrans Liqası

Pley-off

21:45. “Qarabağ” (Azərbaycan) – “Gent” (Belçika)

Hakimlər: Mohammed Al-Hakim,  Fredrik Klyver, Robin Vilde (İsveç)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir