Cəmiyyət

Agentlik ötən il 1 050 KOB subyektinin 26 sərgi və yarmarkada iştirakına dəstək verib

Sharing is caring!

“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daxili və xarici bazarlara çıxışına, satışa dəstək məqsədi ilə 2022-ci ildə 1050 KOB subyektinin 26 sərgi və yarmarkada (yeddisi xaricdə, 19-u ölkədə olmaqla) iştirakına təmənnasız olaraq dəstək göstərilib”.

Oxu.Az-ın məlumatına görə, bunu KOBİA-da 2022-ci ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında agentliyin idarə heyətinin sədri Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, mikro və kiçik sahibkarlıq subyektlərinin ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmi çərçivəsində agentlik tərəfindən ticarət şəbəkələrində 3 satış nöqtəsində ümumilikdə, 24 sahibkarlıq subyektinin məhsullarının satışına şərait yaradılıb:

“Qeyd edək ki, mikro sahibkarlıq subyekti onun istifadəsinə verilən satış sahəsinə görə icarə haqqının 20 faizi, kiçik sahibkarlıq subyekti isə yalnız 50 faizini ödəyir”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir