Şou-Biznes

Ancelina Coli TANINMAZ HALDA – FOTO

Sharing is caring!

Dünyaca məşhur aktrisa Ancelina Colinin son halı müzakirələrə səbəb olub.

Lent.az xəbər verir ki, "Daily Mail" saytı aktrisanın fotolarını paylaşıb. 

Xərçəng xəstəliyindən əziyyət çəkən 47 yaşlı Ancelina Amerikanın Los-Anceles şəhərində 17 yaşlı qızı Zahara ilə alış-veriş edərkən küçə fotoqraflarının obyektivinə tuş gəlib. AKtrisa qara, brend palto və geniş şalvar geyinib, iri gün eynəyi taxıb. 

Bundan başqa, məşhur simanın sosial şəbəkələrdə paylaşılan bu fotolarına “Hələ də onun dünyanın ən cazibədar və gözəl insanı olduğunu düşünürsünüz?”, “Elə bil dəfn mərasiminə gedir”, “Əvvəlki gözəllik haradadır? Son vaxtlar qocalıb”, “O, üzünə nə edib?” və digər şərhlər yazılıb. 

Qeyd edək ki, keçmiş həyat yoldaşı Bred Pitlə illər öncə boşanan Ancelina Coli onunla hazırda mülk üstündə qalmaqal yaşayır. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir