İdman

Vüqar Həşimovun adına təsis edilmiş “fair-play” mükafatının sahibləri bəlli olub – FOTO

Sharing is caring!

Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun adına təsis edilmiş “fair-play” mükafatının sahibləri Niderlandın Veyk-an-Zee şəhərindəki “Tata Steel Chess” turnirində məlum olub.

Vüqar Həşimov Şahmat Fondundan verilən məlumata görə, yarışın bağlanış mərasimində əsas və “challenge” yarışı üzrə fərqlənən qrosmeysterlər təltif ediliblər.

Fond tərəfindən təsis edilən mükafat əsas yarışda mübarizə aparan almaniyalı Vinsent Kaymer və “challenge”in iştirakçısı türk Mustafa Yılmaza verilib.

Hər iki şahmatçı bu mükafata ilk dəfə layiq görülüb.

Qeyd edək ki, “Vugar Gashimov Fair Play Award” 2016-cı ildən təqdim olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir