İdman

Azərbaycanlı referi UEFA-nın top-hakimlər üçün təşkil etdiyi kursa qatılacaq

Sharing is caring!

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-nın top-hakimlər üçün təşkil etdiyi XXXI Təkmilləşdirmə Kursuna qatılacaq.

“Report”un məlumatına görə, yanvarın 29-da İtaliyada start götürəcək təlimlər fevralın 1-dək davam edəcək.

Kursda I kateqoriyada yer alan 27 ədalət təmsilçisi və 11 VAR hakimi öz biliklərini təkmilləşdirəcəklər.

Rusiyanın FIFA dərəcəli hakimi Sergey Karasyov siyasi məsələlərə, rumıniyalı İştvan Kovaç və ingiltərəli Antoni Teylor isə klublararası dünya çempionatına təyinat aldıqlarına görə seminara dəvət olunmayıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir