İdman

Eldəniz Əzizli: “Paris-2024-də iştirak etmək üçün çəkimi dəyişəcəyəm”

Sharing is caring!

“2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməyə çalışacağam”.

Bunu “Report”a müsahibəsində Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli deyib.

55 kq-da çıxış edən ikiqat dünya və ikiqat Avropa çempionu bunun üçün çəkisini dəyişəcəyini də bildirib:

“İndiyədək olimpiadalarda olmamağım çəkimlə bağlıdır. Hələlik məşqlərə başlamadığım üçün çəki ilə bağlı məşqçilər korpusu ilə tam məsləhətləşməmişik. 2023-cü ilin ilk aylarında bu məsələyə qayıdacağıq. Çəki dəyişmək hamı üçün böyük çətinlikdir. Amma bunun da öhdəsindən gəlmək olar”.

30 yaşlı güləşçi Yay Olimpiya Oyunlarının planetdə keçirilən ən mötəbər yarış olduğunu söyləyib:

“Hər idmançının ən böyük hədəfi, arzusu və istəyi olimpiya çempionu olmaqdır. Mən də olimpiya “qızıl”ını və ya hansısa bir medalını titullarımın sırasına daxil etməyi hədəfləyirəm”.

Eldəniz Əzizli “qazandığınız titulları bir olimpiya çempionluğuna qurban verərdinizmi” sualını qısa cavablandırıb: “Xeyr, qurban verməzdim”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir