Dünya

Türkiyədə xəstəxana binasına silahlı hücum: Ağır yaralılar var – FOTO/VİDEO

Sharing is caring!


Türkiyənin Denizli şəhərində yerləşən Pamukkale Universitetinin Xəstəxanasına silahlı hücum olub.

Xəstəxananın Təcili Tibbi Yardım şöbəsinin girişindəki yeməkxanaya naməlum iki şəxs tərəfindən atəş açılıb. İlkin məlumata görə, 7 nəfər yaralanıb.

Hadisə yerinə çox sayda polis qrupları sövq edilib. Atəş edənlər qaçıblar və axtarışları davam edir.

Xəsarət alan 7 nəfərə xəstəxanada tibbi yardım göstərilib. Yaralılardan 2-nin vəziyyətinin ağır olduğu bildirilib.

Hadisə ilə bağlı istintaq işi başlanılıb.

Mənbə: NTV.com.tr

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir