İdman

Azərbaycan Premyer Liqası: “Qəbələ” ili heç-heçə, “Qarabağ” inamlı qələbə ilə başa vurdu – VİDEO

Sharing is caring!

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha iki oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, günün ilk matçında “Qəbələ” evdə “Turan Tovuz”u sınağa çəkib.

Qəbələ şəhər stadionunda oynanılan ilin son matçında hesab açılmayıb.

Bu heç-heçədən sonra xallarını 25-ə çatdıran “qırmızı-qaralar” 5-ci pillədəki mövqeyini qoruyub. Tovuz təmsilçisi isə 17 xalla 6-cı sırada qərarlaşıb.

Günün son oyununda “Qarabağ” “ASCO Arena”da “Səbail”lə qarşılaşıb.

Qarşılaşma “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Hər üç qol 2-ci hissədə vurulub. Hesabı 61-ci dəqiqədə Ramil Şeydayev açıb. 82-ci dəqiqədə Musa Qurbanlı fərqi artırıb. 88-ci dəqiqədə fərqlənən Abdullah Zubir isə görüşdə son nöqtəni qoyub.

Bu qələbədən sonra xallarını 50-yə çatdıran “Qarabağ” ilk pillədəki mövqeyini möhkəmləndirib. 10 xalı olan “Səbail” isə qış fasiləsinə sonuncu – 10-cu sırada yollanıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Neftçi” evdə “Şamaxı”nı 3:0, “Sabah” səfərdə “Sumqayıt”ı 6:0 hesabı ilə məğlub edib.

Tura dekabrın 25-də keçiriləcək “Zirə” – “Kəpəz” görüşü ilə yekun vurulacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir