İdman

FIFA Nüsret Gökçe haqqında araşdırma başlatdı – FOTO/VİDEO

Sharing is caring!

Dünya çempionatının finalından sonra icazəsiz meydana çıxan tanınmış türkiyəli aşpaz Nüsret Gökçe FİFA-nın hədəfinə tuş gəlib.

Təşkilat onun Qətərdəki davranışı səbəbindən araşdırma başladıb.

Qeyd edək ki, futbol üzrə dünya çempionatının keçirildiyi ölkədə restorana sahib Nüsret Argentina – Fransa finalından sonra meydançaya daxil olaraq futbolçular və Dünya Kuboku ilə foto və videolar çəkdirərək sosial şəbəkə səhifəsində yayıb.

FIFA aşpazın meydançaya necə daxil olmasını araşdırmaq niyyətindədir.

Mənbə: NTV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir