İdman

“Qarabağ” və “Neftçi”nin maraqlandığı futbolçu “Zenit”də qaldı

Sharing is caring!

“Qarabağ” və “Neftçi”nin maraq dairəsində olan Qazaxıstan millisinin futbolçusu Nurali Alip icarə əsasında çıxış etdiyi Rusiya “Zenit”ində qalıb.

“Report” xəbər verir ki, Sankt-Peterburq təmsilçisi 22 yaşlı mərkəz müdafiəçisini birdəfəlik transfer edib.

Gənc oyunçu ilə 2,5+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Nurali Alip bunadək müqavilə ilə Qazaxıstan “Kayrat”ına məxsus idi. O, cari ilin yanvarından icarə əsasında “Zenit”in formasını geyinirdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir