İdman

Azərbaycan millisi Avropa çempionatı üçün heyəti açıqladı

Sharing is caring!

Ağır atletika üzrə Azərbaycan milli komandasının Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb.

XəbərAl.az-ın məlumatına görə, Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Rusiyanın paytaxtı Moskvada keçiriləcək yarışın ilkin iştirak ərizəsinə 8 idmançı daxil edib.

Mərziyyə Məhərrəmova (49 kq), Səbinə Əzimova (55 kq), Boyanka Kostova (59 kq), Günel Vəliyeva (64 kq) və 

Elnurə Abbasova (71 kq) qadınların yarışında qüvvəsini sınayacaq. Kişilərin mübarizəsində isə Nailxan Nəbiyev (96 kq), Əliş Nəzərov (102 kq) və Dadaş Dadaşbəyli (109 kq) mübarizə aparacaq. (APA)

Qeyd edək ki, aprelin 3-11-də keçiriləcək yarış üçün yekun ərizələr aprelin 1-dək təqdim olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir