Şou-Biznes

“Şamil nə qədər ki, Damlanın yanındadır…” – Rəqsanə – VİDEO

Sharing is caring!

"Damla pis qız deyil. O, mənə heç bir pislik edə bilməz. O, uşaqdır. Amma Damlanın nə qədər ki, yanında prodüseri Şamil var, o qızın başı hələ çox bəlalar çəkəcək".

Lent.az xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova həmkarı Damla ilə yaşadığı mahnı qalmaqalına aydınlıq gətirərkən deyib. O, Damlanın prodüseri Şamil haqqında da danışıb:

"Bu sözləri ona öz evimdə qonaq olanda da dedim. Şamilin özünə də demişəm ki, onun ucbatından bütün bəlalar Damlanın başına gəlir. Şamil bunu yaxşı bilir. Bir dəfə başına gəldi, qurtardın. İkinci, üçüncü dəfə… Ətrafın səni elə qorumalıdır ki, axı sənin də övladın, ailən var". 

Xatırladaq ki, Rəqsanə bir neçə gün əvvəl verilişlərin birində bildirib ki, Damla ilə münasibətinin pozulmasına səbəb “Ay ürəyim” mahnısıdır.

Ətraflı videoda:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir